“Düyməcik”

Opera və Balet teatrında "Düyməcik" baletinin təqdimatı keçiriləcək. SİA-nın məlumatına görə, baletin xoreograf-təşkilatçısı Rossiyanın xalq artisti Liya Sabitova, bədii təşkilatçısı Dmitriy Çerbadjidir.

Nəzərinizə çatdıraq ki, balet İogan Ştrausun musiqisi əsasında qoyulacaq.

Qeyd edək ki, "Düyməcik" baleti yanvarın 19-u saat 14:00-da Opera və Balet Teatrında baş tutacaq. Biletlərin qiyməti isə 5-6 manat arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə