"Eurovision-2014" mahnı müsabiqəsində iştirak edəcək ölkələrin adları müəyyənləşib. 59-cu "Eurovision" mahnı müsabiqəsində ən azı 36 dövlət - Albaniya, Avstriya, Azərbaycan, Belarus, Belçika, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Keçmiş Yuqoslaviya Respublikası, Makedoniya, Malta, Moldova, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, İspaniya, İsveç, İsveçrə, Böyük Britaniya, Ukrayna və Ermənistan iştirak edəcək.
Sloveniya Yayım Şurası üçün təsdiq tarixi on gün uzadıldığından iştirakçı dövlətlərin sırasına daha biri də qoşula bilər.
"Bizə qoşulun!" şüarı altında keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq surətdə mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da olacaq.
Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya və Danimarka təmsilçiləri birbaşa final mərhələsində çıxış edəcəklərindən I və II yarımfinalda, ümumilikdə 30 dövlətin təmsilçisi mübarizə aparacaq. Hər yarımfinaldan isə 10 iştirakçı seçilərək finala vəsiqə qazanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB