Bu günün tarixi

Miladi: 26 dekabr 2013

Hicri: 22 Səfər 1435

İlin 360-ci günü
İlin sonuna 05 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:46
Günəş – 08:2
Zöhr – 12:45
Əsr – 15:24
Məğrib – 17:36
İşa – 18:58

1791 — İngilis iqtisadçı və riyaziyyatçı Çarlz Bebbic anadan olub.

1825 — Rusiyada "Dekabristlər üsyanı" baş verib.

1891 — Amerikalı yazıçı Henri Miller anadan olub.

1898 — Fransız alimləri Mariya və Pyer Kürilər radium elementini kəşf ediblər.

1919 — Azərbaycanlı rəqqasə Əminə Dilbazi anadan olub.

1957 — SSRİ Ali Məhkəməsi Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin 1936-cı ildə güllələnmiş ikinci katibi Eyyub Xanbudaqova bəraət verib.

1968 — İstanbul Universitetində tələbələr rektorluq binasını "işğal" etdiyinə görə universitetdə dərslər kəsilib.

1975 — İlk səsdənsürətli sərnişin təyyarəsi "TU 144", birinci reysini (Moskva - Almatı) həyata keçirib. Sonradan bu sıraya Bakı şəhəri də əlavə edilib.

1976 — Amerikalı aktyor və rok musiqiçi Cared Leto anadan olub.

1990 — Əlcəzair parlamenti "Ərəb dilinin istifadəsi haqqında" qanun qəbul edib.

1991 — SSRİ tamamilə süqut edib.

1991 — Misir və Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın müstəqilliyini tanıyıb.

1995 — Ramil Usubova general-leytenant rütbəsi verilib.

2003 — İranda şiddətli zəlzələ nəticəsində 30 000 nəfər həlak olub.

2004 — Hind Okeanında baş verən 9,15 ballıq zəlzələdən sonra (yerli vaxtla 07:58:53) yaranan sunami İndoneziya, Şri-Lanka, Tayland, Malayziya və hətta Somali sahillərində 230 min adamın ölümünə səbəb olub.

2005 — Dekabrın 23-də gecə Xəzər dənizi üzərində qəzaya uğrayan AN-140 sərnişin təyyarəsinin "qara qutu"su tapılıb.

2006 — Nigeriyanın Laqos şəhərində neft boru xəttinin partlaması 500 nəfərin ölümü ilə nəticələnib.

2006 — İraq Apelyasiya Məhkəməsi Səddam Hüseyn barədə edam hökmünü qüvvədə saxlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə