Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbirlər keçiriləcək
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) və şəbəkəyə daxil olan mədəniyyət müəssisələrinin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar tədbirlər planı hazırlanıb.
BŞMTİ-dən SİA-ya verilən məlumata görə, bu münasibətlə idarənin tabeliyində olan mədəniyyət mərkəzlərində, ev muzeylərində "Yeni il sevincləri - 2014", "Ay təzə il, xoş gəlmisən bizə il", "Şaxta baba", "Deyək, gülək əylənək", "Gəlin, həmrəy olaq", "Qədəmlərin mübarək", "Həmrəy olaq", "Dünya Azərbaycanlıları həmrəydir" və digər mövzularda tədbirlər, həmçinin konsertlər və musiqili tamaşalar, uşaq musiqi və incəsənət məktəblərində isə bayram konsertləri təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB