Aktau şəhərində Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib FOTOLAR
Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğun və Aktau şəhər hakimliyinin (meriya) təşkilati dəstəyi ilə, Aktau şəhərində fəaliyyət göstərən "Dostluq" Azərbaycan Milli Mədəniyyət Mərkəzi və Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, Aktau şəhərinin ən böyük mədəniyyət mərkəzi olan "Abay" Mədəniyyət Evinin 680 nəfərlik salonunda şəhər ictimaiyyətinin, o cümlədən, dövlət qurumları, ziyalılar, diplomatik korpus nümayəndələri və diasporamızın iştirakı ilə keçirilən tədbirdə baş konsul R.Məmmədov çıxış edərək, dahi şairimiz Nizami Gəncəvi haqqında ümumi məlumat verdi, tədbirin təşkilində göstərdiyi dəstəyə görə Aktau şəhər hakimliyinə (meriya) təşəkkürünü bildirib.
Aktau ş. hakimi (meri) E.Janbırşin çıxış edərək, Qazaxıstan dövləti tərəfindən ölkədə yaşayan xalqlarla bağlı aparılan siyasət, xalqların milli-mədəni tarixi, ədbiyyatın təbliği barədə danışaraq bununla əlaqədar çoxmillətli ölkə olan Qazaxıstanda həyata keçirilən dövlət proqramları haqqında məlumat verib.
Sonra Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzinin rəhbəri Yusif Quliyev dahi şairimiz Nizami Gəncəviyə həsr olunmuş tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb.
Dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş tədbirdə iştirak etmək üçün Aktau şəhərinə ezam olunmuş Azərbaycan Respublikası Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Vəfa Hacıyeva böyük sənətkarın həyatı, zəngin ədəbi fəaliyyəti və yaradıcılığı haqqında iştirakçılara geniş məlumat verib.
Qeyd edək ki, tədbirdə Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri tərəfindən dahi şairimizin şeirləri oxunmuş, 1982-ci ildə çəkilmiş və Müslüm Maqomayevin baş rolda iştirak etdiyi "Nizami" filmi nümayiş etdirilib.

.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB