"Söz mətbəxi” kitabının təqdimatı keçiriləcək

Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, YUNESCO-nun ənənəvi qida komitəsinin sədri Tahir Əmiraslanovun "Söz mətbəxi" kitabının təqdimatı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, təqdimat mərasimində millət vəkilləri və görkəmli elm nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, təqdimat dekabrın 19-u saat 11:00-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə