Bu günün tarixi

Miladi: 17 dekabr 2013
Hicri: 13 Səfər 1435

İlin 351-ci günü
İlin sonuna 14 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:41
Günəş – 07:58
Zöhr – 12:41
Əsr – 15:20
Məğrib – 17:32
İşa – 18:54

1273 — Şərq mütəfəkkiri Cəlaləddin Rumi vəfat edib.

1770 — Alman bəstəkar Lüdviq van Bethoven anadan olub. (ö. 1827).

1827 — Alman bəstəkar Bethoven vəfat edib.

1897 — Fransız yazıçı Alfons Dode vəfat edib.

1903 — Tarixdə ilk təyyarə havaya qalxıb. Rayt qardaşlarının hazırladığı bu model 56 saniyə havada qala bilib və 260 metr uçub.

1905 — Şair Osman Sarıvəlli anadan olub.

1907 — İngilis fizik Vilyam Kelvin vəfat edib.

1925 — SSRİ və Türkiyə arasında bitərəflik sazişi imzalanıb.

1926 — SSRİ-də ilk dəfə əhalinin siyahıyaalınması keçirilib. Bu siyahıyaalmaya görə, Azərbaycan SSR-in əhalisi 2 313 700 nəfər, o cümlədən 1 212 400 kişi, 1 101 300 qadın olub. 649.500 nəfər şəhərdə 1 664 200 isə kənddə yaşayırdı

1936 — Azərbaycan SSR IX Fövqəladə Sovetlər qurultayı açılıb.

1936 — Ruhulla Axundov həbs edilib.

1973 — Amerika Psixiatriya Assosiasiyası homoseksualizmi psixi xəstəliklər siyahısından çıxarıb.

1979 — Arif Məlikovun "Fərhad və Şirin" baleti TRT-nin "Sənət Dünyası" proqramından çıxarılıb.

1983 — Madriddə gecə klubunda yanğın nəticəsində 82 nəfər həlak olUB.

1989 — Braziliyada 25 illik fasilədən sonra ilk seçkilər keçirilib.

1993 — Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimov vəfat edib. (d. 1915).

1999 — azərbaycanlı jurnalist, Azərbaycan demokratik mətbuatının banilərindən biri Nəcəf Nəcəfov vəfat edib. (d. 1955).

2004 — Avropa Birliyi Türkiyə ilə müzakirələrə başlamağı qərara alıb.

2008 — "Time" qəzeti Amerika prezidenti Barak Obamanı "İlin adamı" elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə