“Dörd əkizin nağılı”

Yazıçı Panço Pançevin "Dörd əkizin nağılı" əsəri əsasında səhnələşdirilən tamaşanın premyerasını təqdim ediləcək. Gənc Tamaşaçılar Teatrından SİA-ya verilən məlumata görə, rollarda Naibə Allahverdiyeva, Nübar Novruzova, Kərəm Hadızadə, Günel Məmmədova, Elnur Hüseynov, Anar Səfiyev, Zümrüd Quliyeva və digərləri iştirak edəcək.

Nəzərinizə çatdıraq ki, tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Musiqi tərtibatı İradə Muradova, rəqslər və plastika Vüsal Mehrəliyevə məxsusdur.

Qeyd edək ki, "Dörd əkizin nağılı" tamaşası dekabrın 14-ü saat 12:00-da Gənc Tamaşaçılar Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə