Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Xalq sənətimiz gənclərin ifasında" layihəsi həyata keçirilir. SİA-nın verdiyi xəbərə görə, layihə dekorativ tətbiqi sənət növləri - xalçaçılıq, dulusçuluq, bədii keramika sahələrindən ən az biri üzrə təhsil almış və ya bu sahədə müəyyən bacarıqları olan 17-29 yaş qrupu arasındakı gənclər üçün nəzərdə tutulub. Əvvəlcədən seçilmiş 15 iştirakçı üçün layihə çərçivəsində Qubada 7-9 dekabr tarixlərində 3 günlük qış məktəbi, daha sonra onların əl işlərindən ibarət sərgi keçiriləcək. Layihənin əsas məqsədi: texnologiyanın inkişafı ilə əlaqədar unudulmaqda olan mədəni tarixi dəyərlərimizə sahib çıxmaq, ənənəvi xalq sənət növlərimizi tanıtdırmaq, dekorativ tətbiqi sənət növləri üzrə yeni nümunələr üzə çıxartmaq, gənclərə bu sahədə müəyyən bilik verməkdən ibarətdir.
Qeyd edək ki, məktəbdə iştirak tam ödənişsizdir. Layihənin iştirakçıları sertifikatla təltif olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB