İlk rok festival "Rock'N'Burn" keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, festivalın əsas məqsədi Azərbaycanda rok musiqinin inkişaf etdirilməsidir. Çıxış edəcək qrupların hər biri 3 mahnı ifa edəcək. Mahnılardan biri Azərbaycan dilində və heç yerdə ifa edilməmiş olmalıdır. Festivalın sonunda jüri ilin ən yaxşı rok mahnısını və rok qrupunu seçəcək.

Nəzərinizə çatdıraq ki, festivalda hər qrupun yeni mahnısı peşəkar videokamera ilə çəkiləcək. Revolver, Barfly, Mozalan, Helium, Bəndə, Altun Zeynalov, Live or Leave, Sirat, Cavid Osmanov, Seventh Rise iştirak edəcək.

Qeyd edək ki, festival 22 dekabr tarixində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə