"İDEYA QAZANDI" müsabiqəsinin rejissoru Bakıya gəlib

"İDEYA QAZANDI" müsabiqəsinin rejissoru Bakıya gəlib

"İDEYA QAZANDI" müsabiqəsinin rejissoru Daniel Katz San-Fransiskodan Bakıya gəlib. ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Heydər Əliyev Hava limanında qarşılanan D.Katz uzun illərdi Bakıya gəlmək arzusunda olduğunu bildirib.

Bir ay Bakıda "İDEYA QAZANDI" verilişinin çəkilişlərinə gələn gələn rejissor çəkilişlərə qədər həmçinin bir neçə rəsmi görüşdə və mətbuat konfransında iştirak edəcək.

Xatırladaq ki, "İDEYA QAZANDI" - Gənclərə öz biznes ideyalarını reallaşdırmağa imkan verən Azərbaycanda ilk işgüzar tele-müsabiqədir.

Layihə Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və Youth İNC proqramının təşkilati dəstəyi ilə həyata keçirilir.

"İDEYA QAZANDI" televiziya yarışmasında 5 investor gənclərin ideyalarına sərmayə yatırmaq üçün seçim edir və bu ideyalarını həyata keçirməyə vəsait ayırır. İnvestorlar Paşa Bank, Garant Holdinq kimi nüfuzlu şirkətlər və təcrübəli sahibkarlardır.

Verilişdə 16-35 yaş arası gənclər iştirak edə bilər. İştirak etmək istəyən gənclər yalnız elektron vasitəsi ilə ideyaqazandi.az və atgdc.org saytlarından ərizə formasını doldurub iştiraklarını təsdiq edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə