Elza İbrahimovanın 75 illik yubileyi keçiriləcək

Elza İbrahimovanın 75 illik yubileyi keçiriləcək

Azərbaycan Respublikasının xalq artisti Elza İbrahimovanın 75 illik yubileyi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, konsertdə Xalq Çalğı Alətləri orkestrın bədii rəhbər və dirijoru Ağaverdi Paşayev, "Dan ulduzu" ansamblının bədii rəhbəri Tariyel Abbasovun müşayəti ilə xalq artistləri Flora Kərimova, Yalçın Rzazadə və başqaları Elza İbrahimovanın mahnılarını ifa edəcəklər.

Nəzərinizə çatdıraq ki, yubiley gecəsində bəstəkar Oqtay Rəcəbov, şair Vahid Əziz bəstəkarın yaradıcılığından, Azərbaycan musiqi sənətinin inkişafına verdiyi töhfələr vurğulanacaq.

Qeyd edək ki, xalq artisti Elza İbrahimovanın 75 illik yubileyi dekabrın 5-i saat 19:00-da Dövlət Filarmoniyasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə