Fransanın “TV5 Monde” telekanalında Azərbaycana həsr olunan proqram yayımlanır
Mədəniyyət və Turizm Nazirliyi ilə Fransanın "TV5 Monde" telekanalı arasında olan qarşılıqlı əməkdaşlıq çərçivəsində həmin telekanalın "ITINERIS" proqramının iki buraxılışı Azərbaycana həsr olunub. SİA-nın verdiyi xəbərə görə, adıçəkilən kanalın əməkdaşları tərəfindən "Azərbaycan: Bakı və regionların irsi" adlı videoçarx hazırlanıb. İki hissədən ibarət olan videoçarxın ilk hissəsi artıq "TV5 Monde" telekanalında yayımlanıb. 13 dəqiqəlik bu videoçarxda Bakının tarixi-mədəni arxitekturaları, həmçinin, milli mətbəxi haqqında məlumat verilir. Proqramın Quba şəhərinə həsr olunacaq ikinci buraxılışı isə 5 dekabr tarixində yayımlanacaq.
Videoçarxı aşağıdakı link vasitəsilə izləyə bilərsiniz:
http://www.tv5.org/cms/chaine-francophone/cultures/Tous-les-dossiers/ITINERIS/galerie/p-26892-Azerbaidjan-Bakou.htm
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB