Con Patrikin əsəri əsasında hazırlanmış "Qocanı öldürməliyik" adlı yeni tamaşanın premyerası keçiriləcək. Akademik Milli Dram Teatrında SİA-ya verilən məlumata görə, tamaşada əməkdar artistlər Münəvvər Əliyeva, Ayşad Məmmədov, Elşən Cəbrayılov, Vəfa Rzayeva və aktrisa Almaz Amanova iştirak edirlər. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsayev, rejissor assistenti isə Rəfiqə Musayevadır.
Qeyd edək ki, "Qocanı öldürməliyik" tamaşası dekabrın 5-i saat 19:00-da Akademik Milli Dram Teatrında nümayiş olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB