2014-cü ildə turizm sərgilərinin siyahısına dəyişikliklər edilib

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın turizm imkanlarının daha səmərəli təbliğatını həyata keçirmək məqsədilə 2014-2016-ci illər üçün marketinq strategiyası hazırlanıb. SİA-nın verdiyi xəbərə görə, marketinq strategiyasına uyğun olaraq, 2014-cü ildə Azərbaycanı təmsil etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin iştirakı nəzərdə tutulan beynəlxalq turizm sərgilərinin yenilənmiş siyahısını təqdim edirik:

1) Türkiyə, İstanbul "EMİTT" - 30 yanvar-2 fevral
2) Almaniya, Berlin "İTB" - 5-9 mart
3) Rusiya, Moskva "MİTT" - 19-22 mart
4) Ukrayna, Kiyev "UİTT" - 26-28 mart
5) Qazaxıstan, Almatı "KİTF" - 23-25 aprel
6) BƏƏ, Dubay "ATM" - 5-8 may
7) Almaniya, Frankfurt "İMEX" - 20-22 may
8) Fransa, Paris "Top Resa" - 23-26 sentyabr
9) İspaniya, Barselona "EİBTM" - 25-27 noyabr
10) Böyük Britaniya, London "WTM" - 4-7 noyabr

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...