Bu günün tarixi

Miladi: 02 dekabr 2013

Hicri: 28 Məhərrəm 1435

İlin 336-cü günü
İlin sonuna 29 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:30
Günəş – 07:45
Zöhr – 12:34
Əsr – 15:19
Məğrib – 17:31
İşa – 18:52

1409 — Leypsiq Universiteti təsis edilib.

1773 — İngilis botanik Robert Broun anadan olub.

1804 — I Napoleon Bonapart özünü imperator elan edib.

1852 — III Napoleon Fransada İkinci İmperiyanı elan edib.

1856 — Fransa və İspaniya sərhədləri müəyyən edilib.

1908 — 2 yaşlı Pu Yi Çin taxt-tacına sahib olub.

1919 — Müsavat Partiyasının II qurultayı işə başlayıb.

1920 — Türkiyə və Ermənistan arasında Gümrü (Aleksandropolis) müqaviləsi imzalanıb.

1929 - Azərbaycanlı şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi Həsənəli xan Qaradaği vəfat edib.

1935 — Sovet İttifaqı Kommunist Partiyasının XV qurultayı işə başlayıb.

1942 — Çikaqoda Enriko Fermi ilk dəfə olaraq idarə olunan nüvə reaksiyasını həyata keçirib.

1945 — Amerika Birləşmiş Ştatları, Kanada və Böyük Britaniya SSRİ-yə atom silahının sirrini açmaqdan imtina ediblər.

1946 — İtalyan modelyer Canni Versaçe anadan olub.

1971 — Birləşmiş Ərəb Əmirlikləri müstəqilliyini elan edib.

1975 — Laos Respublikası elan edilib.

1981 — Amerikalı müğənni Britni Spirs anadan olub.

1982 — Kamran Bağırov Azərbaycan KP MK-nın birinci katibi seçilib.

1984 — Azərbaycanlı voleybolçu Natalya Məmmədova anadan olub.

1990 — Bakılı kosmonavt Musa Manarov "Soyuz TM-11" kosmik gəmisində ilk uçuşunu həyata keçirib.

1996 — ATƏT-in Lissabon zirvə görüşü işə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə