Məmməd Arazın 80 illik yubileyi keçirilib FOTOLAR

Məmməd Arazın 80 illik yubileyi keçirilib FOTOLAR

Bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə xalq şairi Məmməd Arazın anadan olmasının 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev, Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Aqil Abbas, Mədəniyyət üzrə Parlament Komitəsinin sədri Nizami Cəfərov, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxananın direktoru Kərim Tahirov, elm və mədəniyyət xadimləri, ədəbiyyatsevərlər, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri ilk olaraq Vaqif Əliyev açaraq Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi barədə sərancamını bu görkəmli xalq şairinin yaradıcılığını verilən yüksək qiymətin göstəricisi olduğunu bildirib: "Xalqımızın poeziyasının inkişafında Məmməd Arazın əvəzsiz xidmətləri olub. O, bir şəxsiyyət, şair kimi hamının hörmətini qazanıb. Sevinirəm ki, Azərbaycanın belə böyük poeziya ustası, sənətkarı olub".

Daha sonra Nizami Cəfərov Məmməd Araz poeziyasının zənginliyini diqqətə çatdırıb: "Məmməd Arazın bütün şeirlərinin tərcümeyi-halı mövcuddur. Şair, ünvanı, tarixi mövcudluğu olmayan bir hadisə haqqında heç vaxt şeir yazmayıb. Məmməd Araz Səməd Vurğun üslubunda yazıb. Ancaq ondan tamamilə fərqli poeziyası nümunəsi göstərməyi bacarıb".

Nəzərinizə çatdıraq ki, tədbirdə Firuz Səxavət Məmməd Arazın sözlərinə bəstələnmiş mahnı ifa edib.

Qeyd edəək ki, sonda Milli Kitabxananın əməkdaşlarının hazırladığı "Məmməd Araz – 80" elektron məlumat bazası və "Poeziyamınız Məmməd Araz zirvəsi" adlı kitablardan və qəzet jurnal materiallarından ibarət sərgi tədbir iştirakçılarına təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə