Azərbaycan “TT Warsaw 2013” Beynəlxalq Turizm Sərgisində iştirak edir

Azərbaycan “TT Warsaw 2013” Beynəlxalq Turizm Sərgisində iştirak edir

Polşanın paytaxtı Varşava şəhərində keçirilən "TT Warsaw 2013" Beynəlxalq Turizm Sərgisində iştirak etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti bu şəhərə ezam olunub. SİA-nın verdiyi xəbərə görə, sərgidə Azərbaycanın "Geo-travel", "Regea travel", "Heritage travel" və "Qafqaz travel" turizm şirkətləri təmsil olunur.

Qeyd edək ki, "TT Warsaw 2013" Beynəlxalq Turizm Sərgisində ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 26 kv.m sahə icarəyə götürülüb, Azərbaycan stendi sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub. Həmçinin, bu il adı çəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 64 ölkədən 664-ə yaxın şirkət təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə