“Eurovision–2014” mahnı müsabiqəsində Niderlandı təmsil edəcək ifaçı müəyyən edilib

“Eurovision–2014” mahnı müsabiqəsində Niderlandı təmsil edəcək ifaçı müəyyən edilib

Danimarkanın Kopenhagen şəhərində keçiriləcək "Eurovision–2014" mahnı müsabiqəsində Niderlandı təmsil edəcək ifaçı müəyyən edilib. SİA-nın verdiyi xəbərə görə, yarışmada Niderlandı İlse Delanj və Vaylondan ibarət "Common Linnets" dueti təmsil edəcək.

Nəzərinizə çatdıraq ki, onların ifa edəcəkləri mahnı gələn il martın əvvəlində müəyyənləşəcək.

Qeyd edək ki, "Bizə qoşulun!" şüarı altında keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə