Türkiyənin məşhur aktyoru Cemal Hünal Bakıya gəlib. SİA-nın verdiyi xəbərə görə, aktyor və çəkiliş heyətinin gəlişinə səbəb "Günce" filminin təqdimatı olub.
Aktyorla birgə şəhərimizə filmin rejissoru Kemal Uzun, Cemal Hünalın həyat yoldaşı Lalə Canqal da paytaxtımıza təşrif buyurublar.
Gecədə ilk olaraq səhnəyə Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Aslan çıxaraq sözügedən filmdən bəhs edib: "Hər bir film həyatımızın özəl bir hissəsinin əksidir. Hazırda sizlərə təqdim olunan "Günce" də kiminsə həyatından götürülmüş hadisədən bəhs edir".
Filmin rejissoru Kemal Uzun qonaqları Azərbaycan dilində salamlayaraq şəhərimizi çox sevdiyini billdirib: "Bu gün nümayişə gələ bilməyən digər aktyorların da sizə salamı var. Bakıda olduğum üçün çox xoşbəxtəm. Burada gördüyüm isti münasibətə görə hər birinizə minnətdaram".
Daha sonra aktyor Cemal Hünal da Bakıda olmağından məmnun olduğunu dilə gətirib: "Paytaxtınız Bakı çox gözəl şəhərdir. Hər zaman buraya gəlməyi arzulamışam. "Günce" bunun üçün bir vasitə oldu. Filmin süjet xəttində atanın övlad sevgisi öz əksini tapıb. onu da deyim ki, bu filmdən sonra ata olmaq həvəsinə düşdüm".
Qeyd edək ki, "Günce" filmin nümayişindən sonra Cemal Hünal media nümayəndələrinin suallarını cavablandıraraq, sevənləri ilə şəkil çəkdirib.
Foto müəllifə məxsusdur:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB