Emin "Dünya musiqi mükafatı" namizədləri sırasına daxil olub

Emin "Dünya musiqi mükafatı" namizədləri sırasına daxil olub

Bəstəkar-müğənni Emin "World Music Awards"ın ("Dünya musiqi mükafatı") namizədləri sırasına daxil olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Emin burada "Ən yaxşı kişi müğənni", "Ən yaxşı canlı konsert" və "Ən yaxşı estrada müğənnisi" nominasiyaları uğrunda mübarizə aparacaq.

Nəzərinizə çatdıraq ki, bu nominasiyalara dünyanın məşhur simaları Pol Makkartni, Stinq, PSY, Robbi Uilyams, Enrike İqlesias və başqaları sahib olub. Namizədlər arasında rus estradasının tanınmış müğənniləri Timati, Dima Bilan və Filipp Kirkorov da yer alıb.

Qeyd edək ki, "World Music Awards" 1989-cu ildən başlayaraq hər il keçirilən beynəlxalq musiqi mükafatlandırılmasıdır. Burada dünyanın 160 ölkəsindən tanınmış simalar iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə