“Döyünən ürəyimsən, Azərbaycan” adlı bayram konserti keçiriləcək

“Döyünən ürəyimsən, Azərbaycan” adlı bayram konserti keçiriləcək

Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş "Döyünən ürəyimsən, Azərbaycan" adlı bayram konserti keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, gecədə xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, əməkdar artistlər Ədalət Şükürov, Abbas Bağırov, Nemət Qasımlı, skripkaçı Səlim Abbasov, müğənnilər Nazim Pişyari, Səbinə Babayeva, Elnur Məmmədov, Samir Piriyev, Rəşad İlyasov, Ayaz Qasımov, Nurlan Növrəsli, Zamiq Hüseynov, Ramal İsrafilov, Fərid Məmmədov, Sevda Yahyayeva, Aşıq Samirə, "Şeron" qrupu və digər məşhurların çıxışı gözlənilir.

Qeyd edək ki, konsert dekabrın 24-də Heydər Əliyev Sarayında baş tutacaq. Biletlərin qiyməti 10-50 manat arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə