"Gənc Azərbaycan” qısametrajlı film festivalı keçirilir

"Gənc Azərbaycan” qısametrajlı film festivalı keçirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həvəskar rejissorlar üçün fərdi şəxs Humay Fərəcova tərəfindən həyata keçiriləcək "Gənc Azərbaycan" qısametrajlı film festivalına start verilib. SİA-nın verdiyi xəbərə görə, layihənin əsas məqsədi ölkəmizi təqdim etməyi bacarmaq, onun hər hansısa gözəl guşələrindən birini, tarixi abidələrini göstərmək və ya yenidən müstəqillik əldə etdikdən sonra-Ulu Öndər Heydər Əliyev və onun siyasi davamçısı olan cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan mədəniyyətinin, iqtisadiyyatının qısa zamanda necə inkişaf etdiyini göstərməkdir. Eləcə də, gələcəyin potensiallı rejissorlarını, ssenaristlərini üzə çıxarmaq və onlar üçün şərait yaratmaq, stimul qazandırmaq layihənin əsas məqsədlərindən biridir.

Şərtə görə festivalda iştirak etmək üçün öz işini təqdim edəcək hər bir gənc fərdi və ya komandası adından minumum 5, maksimum 10 dəqiqəlik zaman çərçivəsində film çəkməlidir. Filmlərin təqdimat tarixi 10 noyabr 2013-cü il tarixindən başlayır, 15 dekabr 2013-cü il tarixində yekunlaşır.

Qeyd edək ki, festivalda təqdim ediləcək filmlər ekspertlər tərəfindən qiymətləndiriləcək və ən orijinal filmlər festivalda göstəriləcək. İçtirakçılara hədiyyələr, diplom, sertifikatlar veriləcək. Festivalın keçirilmə tarixi yanvar ayının əvvəlləri üçün nəzərdə tutulur.

Festivala qatılmaq istəyən hər bir həvəskar gənc öz suallarını [email protected] ünvanına göndərə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə