I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılışı olacaq. SİA-nın verdiyi xəbərə görə, festival Azərbaycan və Fransanın birgə istehsalı olan "Qafqaza qayıdış" sənədli filminin təqdimatı ilə açılacaq.
Məşhur fransız aktyoru Jerar Depardye, illüstrasiyaçı rəssam Matyo Sapanla yanaşı, aktyor Ənvər Həsənov və tanınmış televiziya aparıcısı Fuad Axundovun da çəkildiyi filmin quruluşçu rejissorları Stefan Berqunyu, Jan-Pyer Deviler, ssenari müəllifləri Fuad Axundov, Stefan Berqunyu, Jan-Pyer Deviler, Lesli Qranberq, quruluşçu operatoru Stefan Byon, prodüserləri Arno Friley və Cavid İmamverdiyevdir.
Nəzərinizə çatdıraq ki, filmdə 1858-ci ildə Qafqaza, o cümlədən Azərbaycana səyahət etmiş məşhur fransız yazıçısı və səyyahı Aleksandr Dümanın "Qafqaz" əsərində yazdıqlarını incələyərək, onun izi ilə Jerar Depardyenin Azərbaycana səyahətindən bəhs olunur. J.Depardyenin vasitəsi ilə yazıçının niyə məhz bu məkandan təsirləndiyi və əsəri üçün necə ilham aldığı tamaşaçıya aydın olur. Aleksandr Düma kimi Jerar Depardye də səyahət zamanı maraqlı insanlara rast gəlir, bir-birindən gözəl yerləri kəşf edir.
Qeyd edək ki, "Qafqaza qayıdış" filminin təqdimatı noyabrın 20-si saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB