Əməkdar artist: "Bizləri heç də qane etmir"

Əməkdar artist: "Bizləri heç də qane etmir"

Yeni mövsümdən serialların başlamasına baxmayaraq, əməkdar artist Vəfa Zeynalovanı hələ də ekranlarda görə bilmirik. Bu haqda SİA-ya açıqlama verən əməkdar artist son zamanlar başının tamaşalara qarışığını dilə gətirib: "Hazırda bir çox tamaşalar üzərində işləyirəm. Bildiyiniz kimi, bu mövsüm seriallarda rol almamışam. Ancaq xoşuma gələn təklif olsa, mütləq qəbul edəcəm. Onu da deyim ki, seriallarda aktyorlara çox az qonorar ödəyirlər. Bu da təbii ki, bizləri qane etmir. Ümid edirəm ki, bizdə də aktyorlara lazımınca dəyər veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə