“Buba-eşqlə olum arasında” filmi mətbuat üçün nümayiş olunub

“Buba-eşqlə olum arasında” filmi mətbuat üçün nümayiş olunub

Bu gün "Buba-eşqlə olum arasında" filmi mətbuat üçün nümayiş olunub. SİA-nın verdiyi xəbərə görə, filmdə baş rolda Emin Sevdiməliyev, digər rollarda xalq artistləri Tariel Qasımov, Hacı İsmayılov, Yasin Qarayev, əməkdar artistlər Suğra Bağırzadə, Qurban İsmayılovdur. Filmin quruluşçu rejissoru Vasif Məmmədzadəyə aiddir.

Nəzərinizə çatdıraq ki, filmdə 200 il öncə yaşamış bir igidin sevgisi, mübarizəsi və qələbəsi əks olunub.

"Buba-eşqlə olum arasında" filmi noyabrın 24-dən etibarən hər gün saat 14:30 və 21:40-da Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Qeyd edək ki, sonda film böyük alqışlarla başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə