AMEA akdemik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Türkiyə tarixi və iqtisadiyyatı" şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Qasımov noyabrın 13-15-də Türkiyənin Ankara şəhərində keçirilməsi nəzərdə tutulan "Lozanna və Türkiyə Respublikası-90" adlı beynəlxalq elmi simpoziuma dəvət edilib.
AMEA-dan SİA-ya verilən məlumata görə, Atatürk Araşdırmaları Mərkəzi və Hacəttəpə Üniversitetinin Atatürk Prinsipləri və İnqilab Tarixi İnstitutu tərəfindən təşkil edilən beynəlxalq elmi simpoziumda şərqşünas alimin "Lozanna müqaviləsinin imzalanmasından sonra Sovet-Türk münasibətləri və onun Azərbaycandakı elmi araşdırmalara təsiri" adlı məruzə ilə çıxış etməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB