“Şah İsmayıl”

Şah İsmayıl Əbülmüzəffər və ya I İsmayıl Səfəvi - Azərbaycanın və İranın görkəmli dövlət xadimi, Səfəvilər Dövlətinin banisi və "Xətai" ləqəbi altında yazan tanınmış Azərbaycan şairi "Şah İsmayıl" operası nümayiş olunacaq. Opera və Balet Teatrından SİA-ya verilən məlumata görə, opera noyabrın 6-da tamaşaçılara təqdim olunacaq.

Nəzərinizə çatdıraq ki, müasir Azərbaycanın milli dövlətçilik ənənələrini, məhz Azərbaycan dilini tarixdə ilk dəfə yeganə rəsmi dövlət dili səviyyəsinə yüksəldən Şah İsmayıl Xətai olub.

Qeyd edək ki, "Şah İsmayıl" operası noyabrın 6-sı saat 19:00-da Opera və Balet Teatrında baş tutacaq. Biletlərin qiyməti isə 13-16 manat arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə