Zakir Mirzəyevin 70 illik yubileyi keçirilib

Zakir Mirzəyevin 70 illik yubileyi keçirilib

SSRİ xalq artisti qarmon ifaçısı Zakir Mirzəyevin Rəşid Behbudov adına Dövlət mahnı Teatrında yubileyi keçirilib. SİA-nın verdiyi xəbərə görə, 70 illiyinə həsr olunmuş tədbirdə qarmon ustasının sənət dostları, sevənlər, media nümayəndələri və başqaları iştirak ediblər.

Gecədə Zakir Mirzəyevin sənət dostları çıxış edərək qarmon ifaçısısı haqqında öz ürək sözlərini bölüşüblər.

Nəzərinizə çatdıraq ki, Zakir Mirzəyevin 100-ə qədər rəqs havası bəstələyib və onun musiqiləri qızıl fondda saxlanılır.

Qeyd edək ki, Zakir Mirzəyev 1943-cü il Xankəndi şəhərnində dünyaya gəlib. Bakı Musiqi Texnikumunda beş il təhsil alıb. Dünyada ilk dəfə qarmonla skripkanı və başqa alətləri sintez edib. 60-cı illərdən sənətşünas və dosent Zakir Mirzəyev fəaliyyət göstərməyə başlayır. O, 1960-cı ildən efirə çıxır və yazıları da qızıl fondda saxlanır. 1964-cü ildən isə Zakir Mirzəyevin qarmon sənətində öz stili əmələ gəldi və "Muğam və rəqs" adlı musiqi bəstələyib. Onun bəstələdiyi 100-ə qədər rəqslərdən 60-a yaxını efirdə səslənir. "Azərbaycan xalq musiqisində qarmonun rolu və əhəmiyyəti" mövzusundan ibarət dissertasiya işini müdafiə edib alimlik dərəcəsi alıb. İlk olaraq böyük bəstəkarımız, xalq artisti, bəstəkar Tofiq Bakıxanavun bir saylı üç hissəli simfonik konsertini virtuoz qarmon ifaçısı Zakir Mirzəyev Niyazi adına Dövlət Simfonik orkestr ilə ifa edib. Bununla da o, qarmonun necə bir musiqi aləti olduğunun göstərib. Bu əsəri ifa etməkdə Zakir Mirzəyevin əsas məqsədi qarmon musiqi alətinin bir daha nəyə qadir olduğunu sübut etmək olub.

Bütün xəbərlər Facebook səhifəmizdə