I Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsinə 230-dan artıq iş qəbul olunub

I Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsinə 230-dan artıq iş qəbul olunub

31 oktyabr-5 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş I Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsinə dünyanın 29 müxtəlif ölkəsindən 230-dan artıq iş qəbul edilib. SİA-nın verdiyi xəbərə görə, müsabiqəyə, Azərbaycan da daxil olmaqla, MDB-yə üzv dövlətlərin nümayəndələri ilə yanaşı Fransa, Almaniya, ABŞ, Yaponiya, Niderland, İspaniya, İtaliya, Mərakeş, Hindistan kimi ölkələrin nümayəndələri də maraq göstəriblər.

Nəzərinizə çatdıraq ki, 123 iş xarici, 107 iş isə yerli müəlliflər tərəfindən təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə təşkil olunan müsabiqə 7 nominasiya üzrə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə