Əbülfəs Qarayevin sədrliyi ilə YUNESKO-nun Büro iclası keçirilib

Əbülfəs Qarayevin sədrliyi ilə YUNESKO-nun Büro iclası keçirilib

2-8 dekabr tarixində Bakı şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökümətlərarası Komitəsinin 8-ci sessiyası keçiriləcək və Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın 10 illik yubileyi qeyd olunacaq. SİA-nın verdiyi xəbərə görə, bununla əlaqədar olaraq, oktyabrın 28-də YUNESKO-nun Paris şəhərində yerləşən Baş Qərargahında YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Büro iclası keçirilib.

Azərbaycanın YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökümətlərarası Komitəsinə sədrliyi ilə əlaqədar olaraq, ölkəmizin nümayəndə heyətinin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iclasa sədrlik edir. Büronun iclasında YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının ilkin gündəliyi və praktik məsələlər müzakirə edilməkdədir. İclas zamanı Azərbaycan haqqında filmin nümayişi nəzərdə tutulub. Tədbirdən sonra isə YUNESKO-nun Baş direktoru İrina Bokova və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın 10 illik yubileyinə həsr edilmiş sərginin açılış mərasimi təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə