“Zoren Şorgöz” FOTO

Rey Kuninin "Zoren Şorgöz" komediyası səhnəyə qoyulacaq. Akademik Milli Dram Teatrından SİA-ya verilən məlumata görə, tamaşada əməkdar artistlər Nicat Kazımov, Mehriban Xanlarova, Kazım Abdullayev, aktyorlar Aslan Şirin, Rəşad Bəxtiyarov, Dilarə Nəzərova, Şəlalə Şahvələdqızı, Şəhla Əliqızı və başqaları rol alıblar.

Nəzərinizə çatdıraq ki, 2 hissəli tamaşanı Dilbər İsmayılova idarə edir.

Qeyd edək ki, "Zoren Şorgöz" tamaşası oktyabrın 26-sı saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə