FİFA dünya çempionatının 100 illiyinə həsr olunmuş “F2014” adlı film çəkilir
Fransız şirkəti tərəfindən 2014-cü ildə Braziliyada keçiriləcək FİFA dünya çempionatının 100 illiyinə həsr olunmuş "F2014" adlı film çəkilir. SİA-nın verdiyi xəbərə görə, filmin çəkilişləri Braziliya, Fransa, İsveçrəylə yanaşı, Azərbaycanda da aparılır.
Nəzərinizə çatdıraq ki, ölkəmizdə aparılan çəkilişlər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən həyata keçirilir.
Qeyd edək ki, filmdə Beynəlxalq Futbol Federasiyasının Prezidenti Jül Rime rolunu məşhur fransız aktyoru Jerar Depardye canlandırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB