"Dejavü" adlı tamaşanın premyerası keçiriləcək. Pantomim Teatrından SİA-ya verilən məlumata görə, tamaşanın müəllifləri Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir. Sözügedən tamaşasının müəllifləri nəinki səhnə əsərini yazıblar, onlar həm tamaşaya quruluş verir, həm də rolları ifa edəcəklər.
Nəzərinizə çatdıraq ki, iki nəfərlik tamaşanın musiqi tərtibatçısı E.Rəfiyevdir. Tamaşanın əsas mövzusu kişi və qadındır.
Qeyd edək ki, "Dejavü" tamaşası oktyabrın 26-sı saat 18:00-da Pantomim teatrında baş tutacaq. Biletin qiyməti isə 5 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB