A.N.Ostrovskinin "Qurdlar və qoyunlar" komediyasının premyerası olacaq. Rus Dram Teatrından SİA-ya verilən məlumata görə, komediyada hadisələr 1870-ci il geri qalmış kiçik bir rus şəhərciyində baş verir.
Nəzərinizə çatdıraq ki, gənc, gözəl və zəngin dul qadın Kupavina xoşbəxtlik və sevgi arzulayır. Onun heç ağlına da gəlmir ki, ətrafında necə ehtiraslar qaynayır. Bir çoxlarına onun zənginliyi, nəhəng meşə təsərrüfatı və malikanəsi rahatlıq vermir.
Qeyd edək ki, tamaşa oktyabrın 18-i saat 19:00-da Rus Dram Teatrında baş tutacaq. Biletin qiyməti isə 11 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB