“Prezident İlham Əliyev və mədəniyyət. 2008-2013” kitabının təqdimat mərasimi keçiriləcək

“Prezident İlham Əliyev və mədəniyyət. 2008-2013” kitabının təqdimat mərasimi keçiriləcək

Oktyabr ayının 14-də, saat 12:00-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası layihəsi əsasında tərtib olunmuş "Prezident İlham Əliyev və mədəniyyət. 2008-2013" kitabının təqdimat mərasimi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, iki cilddə tərtib olunmuş kitabda Prezident İlham Əliyevin 5 illik (2008-2013) fəaliyyəti dövründə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşləri, söhbətləri, habelə mədəniyyət məsələləri ilə bağlı nitqləri, çıxışları, səfərləri, müsahibələri, təbrikləri, bu sahəyə dair rəsmi materiallar, habelə qanun, fərman və sərəncamlar toplanıb.

Həmçinin Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-2013-cü illərdə fəaliyyəti dövründə ölkənin ictimai-siyasi və mədəni həyatında köklü dəyişikliklər baş vermiş, böyük yüksəliş və nailiyyətlər qazanılıb. Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk gündən İlham Əliyev mədəniyyətin inkişafına böyük diqqət və qayğı göstərmiş, bu sahənin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən biri elan edib.

Qeyd edək ki, tədbirdə bir çox dövlət və hökumət nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə