Bob James və David Sanborn Bakıda konsert verəcəklər

Bob James və David Sanborn Bakıda konsert verəcəklər

Dünya şöhrətli amerikalı caz ifaçıları, pianoçu və bəstəkar Bob James və saksafonçu David Sanbornun solo konserti keçiriləcək. Heydər Əliyev Sarayından SİA-ya verilən məlumata görə, festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə 23 oktyabr - 2 noyabr tarixlərində Bakıda keçiriləcək.

Nəzərinizə çatdıraq ki, festival çərçivəsində dünyaca tanınmış caz ifaçıları şəhərimizin qonağı olacaqlar.

Qeyd edek ki, satışa çıxarılan biletləri şəhərin kassalarından əldə etmək mümkündür. Konsert noyabrın 2-si saat 20:00-da Heydər Əliyev Sarayında baş tutacaq. Biletlərin qiyməti isə 10 manatdan - 70 manat arasında dəyişir.

Şahin Abasov

Bütün xəbərlər Facebook səhifəmizdə