Azərbaycanda Rusiyanın məhşur "Brams-trio" ansamblının konserti olacaq. SİA-nın verdiyi xəbərə görə, Rusiyanın xalq artisti Nataliya Rubinşteyn (fortepiano), P.İ. Çaykovski adına XI Beynəlxalq müsabiqənin qalibi, Nikolay Saçenko (skripka) - P.İ. Çaykovski adına VIII Beynəlxalq müsabiqənin qalibi, Kiril Rodin (violonçel) və başqaları iştirak edəcəklər.
Nəzərinizə çatdıraq ki, Trapanidə və Veymaredə Y.İoaxim adına I Beynəlxalq müsabiqənin laureatı "Brams-trio" ansamblı Avstriyanın Cemal zalında, İstanbulda Grand Brucknerhaus konsertləri ilə çıxış edən yeganə ansambldır.
Qeyd edək ki, konsert 10 oktyabr saat 19:00-da Üns teatrında baş tutacaq. Biletlərin qiyməti isə 10-25 manat arasına dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB