İtalyan aktyoru və dramaturqu Peppino de Filipponun pyesi əsasında səhnələşdirilən "Don Rafael -trombon çalan" tamaşasının premyerası olacaq. Teatrdan SİA-ya verilən məlumata görə, rollarda əməkdar artistlər Gülər Nəbiyeva, Şövqü Hüseynov, Seyidşah Məmmədov, həmçinin aktyorlar Aydın Dəmirov, Vüsal Mehralıyev, Elçin Quliyev və aktrisa İrada Rəşidova oynayacaq.
Nəzərinizə çatdıraq ki, tamaşanın quruluşçu rejissoru Cənnət Səlimovadır.
Qeyd edək ki, "Don Rafael -trombon çalan" adlı tamaşa 22 sentyabr saat 19:00-da Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq. Biletlərin qiyməti isə 6 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB