Miladi: 22 sentyabr 2013
Hicri: 14 Zülqədə 1434
İlin 263-cu günü
İlin sonuna 102 gün qalır
Bu günün namaz vaxtları
Fəcr – 06:17
Günəş – 07:27
Zöhr – 13:38
Əsr – 17:32
Məğrib – 19:55
İşa – 21:12
1520 - Osmanlı padşahı Yavuz Sultan Səlim dünyaya gəlib.
1791 - İngilis fiziki və kimyaçısı Maykl Faradey anadan olub.
1792 - Fransa Burjua İnqilabı zamanı Fransada Milli Konvent tərəfindən Fransanın Respublika elan edilib.
1862 - Avraam Linkoln bütün kölələrin 1 yanvar 1863-dən etibarən azad olacağını elan edib.
1908 - Osmanlı İmperiyası Bolqarıstanı tanıyır.
1918 - Xalq Cümhuriyyətinin hökuməti ölkənin milli valyutasının - manatın (Bakı bonları) çap olunması barədə qərar qəbul edib. Həmin vaxtadək dövriyyədə bir neçə pul vahidi – çar dövründən qalan rubl ("Nikolay rublu"), Rusiyanın "Müvəqqəti Hökuməti" tərəfindən buraxılmış rubl ("Kerenski rublu"), Tiflisdə Zaqafqaziya hökuməti tərəfindən buraxılan bonlar, eləcə də türk lirəsi işlənilib. Azərbaycan manatı türk lirəsinə 20:1 nisbətdə dövriyyəyə buraxılıb. Lakin manatın tədavülə buraxılmasından sonra digər valyutalar da dövriyyədə qaldı və bu, ölkənin maliyyə sistemində ciddi qarışıqlıq yaradıb.
1920 - Azərbaycanın bolşevik hökuməti (Müvəqqəti İnqilab Komitəsi) ölkə ərazisində müvəqqəti yerli hakimiyyət orqanlarının - yoxsul komitələrinin yaradılması barədə qərar qəbul edib. Bu qərar ölkədə hakimiyyətin xalqa məxsus olması illüziyasını yaratmaq niyyəti güdüb. Yoxsul komitələri bir ilə yaxın fəaliyyət göstərdi və 1921-ci ildə I Ümumazərbaycan sovetlər qurultayından sonra yerlərdə fəhlə-kəndli sovetlərinə ilk seçkilər keçirilib.
1924 - Məmməd Əmin Rəsulzadənin yaxın silahdaşı, Azərbaycan Kültür Dərnəyinin baş katibi Əhməd Qaraca dünyaya gəlib.
1927 - Syera Leone də köləlik ləğv edilir.
1928 - Fransada ilk ATS qurulub.
1932 - Kral İbn Səud rəhbərlik etdiyi ölkəyə öz adını verir – Səudiyyə Ərəbistanı.
1937 - İspaniyada vətəndaş müharibəsi başlayıb.
1949 - SSRİ-də ilk nüvə silahı sınaqları keçirilib.
1959 - Avropanı Amerika ilə birləşdirən ilk sualtı kabel xəttinin açılışı olub.
1961 – Aktyor Skott Bayo anadan olub.
1964 – Aktyor Bonni Hant anadan olub.
1965 - Kəşmir vilayəti üstündə Hindistan-Pakistan müharibəsi sona yetib.
1968 – Aktrisa Salma Hayek anadan olub.
1976 - Dünya şöhrətli Braziliya futbolçusu Ronaldo dünyaya gəlib.
1980 - İran-İraq müharibəsi başlayıb.
1990 - SSRİ Ali Sovetinin Azərbaycandan seçilmiş deputatları ittifaq parlamentinə və SSRİ rəhbərliyinə müraciət qəbul edərək azərbaycanlı əhalinin Ermənistandan zorla deportasiyasına siyasi qiymət verməyi tələb ediblər. Bu zaman Ermənistan ərazisində (1991-ci ildə köçürülən Nüvədi kəndi istisna olmaqla) azərbaycanlı əhali qalmayıb. SSRİ rəhbərliyi bu müraciətə laqeyd qalıb.
1991 - Tacikistanda Kommunist partiyası qadağan edilib.
1994 - Efiopiyada yaşı 4,4 milyon olan insanın qalıqları tapılıb. Bu hazırda dünyanın ən qədim insanı hesab olunur.
2003 - Niderlandın xarici işlər naziri Yaap de Hoop Şheffer NATO-nun baş katibi seçilib.
2008 - Azərbaycan müəllimlərinin XIII qurultayı keçirilib.
2008 - Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında "İkiqat vergi tutmalarının aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiya imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB