Azərbaycan Respublikası Prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il ənənəvi Üzeyir Musiqi Günü keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, sentyabrın 18-də Üzeyir Musiqi Günü münasibətilə respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər təşkil olunur.
Nəzərinizə çatdıraq ki, 2009-cu ildən başlayaraq ölkəmizdə hər il 18-28 sentyabr tarixində keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.
Qeyd edək ki, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2013-cü il 18-28 sentyabr tarixlərində Bakıda V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzərdə tutulur. Musiqi bayramı ilə əlaqədar 18 sentyabr 2013-cü ildə konsert proqramı keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB