“Ortaq türk tarixinin araşdırılması problemləri”nə həsr olunmuş konfrans keçiriləcək

“Ortaq türk tarixinin araşdırılması problemləri”nə həsr olunmuş konfrans keçiriləcək

Şəkidə beynəlxalq elmi konfrans keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, "Ortaq türk tarixinin araşdırılması problemləri" mövzusundan bəhs edən beynəlxalq elmi konfransda Türkiyə, Rusiya (Dağıstan), Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan alimləri iştirak edəcəklər.

Nəzərinizə çatdıraq ki, tədbir çərçivəsində ortaq türk tarixinin yazılması ilə bağlı bu günədək görülən işlər müzakirə olunacaq.

Qeyd edək ki, konfrans oktyabrın 1-dən 3-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə