İlk dəfə "Angels" şou

Uzun danışıqlardan sonra Bakıda, Rus Dram Teatrının səhnəsində ilk dəfə əfsanəvi ABBA qrupunun ən yaxşı hitlərini müasir opera-simfonik "Angels" şousu ifa edəcək. SİA-nın verdiyi xəbərə görə, konsert proqramında məşhur İsveç dördlüyünün "The Winner Takes It All", "Gimme", "Happy New Year" və s. kimi sevilən kompozisiyaları səslənəcək.

Dünya hitlərinin baş qəhrəmanları və ifaçıları layihənin əsas ideoloq, xoreoqraf və rejissoru Sabina Svetkovanın rəhbərliyi altında "Angels" şousu olacaq. Layihənin aranjimançısı məşhur dirijor Vyaçeslav Serjanovdur.

Nəzərinizə çatdıraq ki, "Əfsanə ABBA-nın musiqisi" layihəsində Vyaçeslav Serjanov populyar kvartetin hitlərinin yeni səslənməsini təqdim edəcək. Vokal partiyaları "Angels" opera şousunun solistləri tərəfindən ifa olunacaq.

Qeyd edək ki, konsert yalnız noyabr ayının 1 və 2-də saat 19:00-da başlayacaq. Biletlərin qiyməti isə 20, 30, 50 manat arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə