Aİ Tvinninq layihəsi çərçivəsində İsmayıllı rayonunda seminar keçirildi
"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin imkanlarının gücləndirilməsi" adlı Aİ Tvinninq layihəsi çərçivəsində İsmayıllı rayonunda yerləşən İsmayıllı Peşə Tədris Mərkəzində "Regional və Yerli Turizmin planlaşdırılması və idarə olunması" adlı seminar keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, seminarda icra hakimiyyətinin, bələdiyyələrin, mehmanxanaların, turizm informasiya mərkəzlərinin, rayon mədəniyyət və turizm şöbələrinin, muzeylərin və qoruqların nümayəndələri iştirak ediblər. Həmçinin seminarda ÜD layihə rəhbəri Florian Sengstşmid, Daimi Tvinninq Müşaviri Daiva Kirkilaite-Çetkuti, layihənin mütəxəssisi Ferdinand Posnik və Nazirlik nümayəndəsinin rəhbərliyi altında keçirilib.
Konfransda ÜD layihə rəhbəri Florian Sengstşmid və layihənin mütəxəssisi Ferdinand Posnik tərəfindən turizm məkanının marketinqi, turizm məhsullarının yaradılması və inkişafı, turizm məkanının təbliğatı və digər bu kimi mövzulara dair məlumat verib. Seminar zamanı iştirakçılar fəal şəkildə müzakirələrdə iştirak edib, öz fikirlərini bölüşüblər. İştirakçılar bu tipli seminarların əhəmiyyətini vurğulayaraq, onların Azərbaycanın regionlarında turizmin inkişafında xüsusilə önəmli olduğunu söyləyiblər.
Qeyd edək ki, turizm potensialı yüksək olan yerlərdə turizm bələdçilərinin olmasının vacibliyinə toxunan iştirakçılar, bunun gələn turistlərə maraqlı məlumatların verilməsində əhəmiyyət daşıdığını da layihə rəhbərlərinin diqqətinə çatdırıblar.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB