Azərbaycanlı vokalçı “Vostocnıy bazarın”ın qran-prisini qazandı

Azərbaycanlı vokalçı “Vostocnıy bazarın”ın qran-prisini qazandı

Azərbaycanın gənc vokalçısı Aqşin Abdullayev beynəlxaq etnik, folklor və vokal festivalında iştirak edib. SİA-nın verdiyi xəbərə görə, təmsilçimiz 24 iştirakçı arasında ən yüksək nəticəni toplayaraq "Vostocnıy bazar-2013" yarışmasının qalibi olub.

Sözügedən müsabiqədə müğənni Roza Zərgərli də münsif qismində iştirak edib və canlı musiqi oxuyub.

Qeyd edək ki, "Vostocnıy bazar" festivalı Ukrayna Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutub.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə