“Klassik musiqi xəzinəmizdən” adlı yeni layihə

“Klassik musiqi xəzinəmizdən” adlı yeni layihə

Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivləri yeni mövsümdə bir çox yeniliklərlə görüşə gələcək. Musiqi kollektivləri rəhbəri Ramil Qasımovun SİA-ya verdiyi məlumata görə, 18 sentyabr - milli musiqi günü ilə əlaqədar hazırlanan Üzeyir Hacıbəylinin musiqili kompozisiyası da bu yeniliklər arasındadır.

R.Qasımovun sözlərinə görə, keçən mövsümdə Beynəlxalq Muğam Mərkəzi ilə olan layihələrin davam etdirilməsi, eləcə də Opera studiyası ilə "Klassik musiqi xəzinəmizdən" adlı layihə həyata keçirilməsi gözlənilir: "Belə ki, ayda bir dəfə baş tutacaq canlı klassik gecələri keçirməkdə məqsəd Azərbaycanda klassik musiqinin təbliği, gənc istedadlı vokalçıların bu layihəyə cəlb olunmasıdır. Sadalananlarla paralel olaraq Bəstəkarlar İttifaqı ilə noyabr ayından "Romans axşamı" guşələri yaratmaq fikrindəyik. Bütün bunlarla yanaşı, xarici ölkələrə səfərlər də planlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə