Mədəniyyət və Turizm Nazirliyi 2014-cü ildə aşağıdakı beynəlxalq turizm sərgilərində iştirak edəcək
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi respublikamızın turizm potensialını təbliğ etmək məqsədilə mütəmadi olaraq hər il bir sıra beynəlxalq turizm sərgilərində milli stendlə təmsil olunur. SİA-nın verdiyi xəbərə görə, 2014-cü ildə aşağıda adları qeyd olunan sərgilərdə Nazirliyin iştirakı nəzərdə tutulub.
1. İspaniya (Madrid) - 22-26 yanvar "Fitur"
2. İran (Tehran) - 28-31 yanvar "HT&T 7th Iran Hotel", "Travel & Tourism International Exhibition"
3. Türkiyə (İstanbul) - 30 yanvar- 2 fevral "EMİTT"
4. ABŞ (Nyu-York) - 28 fevral- 2 mart "The New York Times Travel Show"
5. Almaniya (Berlin) - 5-9 mart "İTB"
6. Rusiya (Moskva) - 19-22 mart "MİTT"
7. Ukrayna (Kiyev) - 26-28 mart "UİTT"
8. Azərbaycan (Bakı)- 3-5 aprel "AİTF"
9. Çin (Pekin)- 9-11 aprel "COTTM"
10. Gürcüstan (Tbilisi)- 11-13 aprel "Caucasus Tourism Fair"
11. Qazaxıstan (Almatı)- 23 - 25 aprel "KİTF"
12. BƏƏ (Dubay) - 5-8 may "ATM"
13. Almaniya (Frankfurt) - 20-22 may "IMEX"
14. Koreya (Seul) - iyun "KOTFA"
15. Yaponiya (Tokio) - sentyabr "JATA"
16. Fransa (Paris) - sentyabr "Top Resa"
17. İspaniya (Barselona) - noyabr "EİBTM"
18. Böyük Britaniya (London) - noyabr "WТМ"
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB