Sentyabrın 25-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Moskvaya qastrol səfərinə gedəcək. SİA-nın məlumatına görə, kollektiv teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovskinin quruluşunda Mirzə Fətəli Axundzadənin "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli Şah cadukuni-məşhur" və Yonas Vaytkusun quruluşunda Nizami Gəncəvinin "Yeddi gözəl" əsərlərinin tamaşalarını nümayiş etdirəcək.
Tamaşalar Rusiya Dövlət Akademik Kiçik Teatrının səhnəsində göstəriləcək. Xatırladaq ki, Rusiya teatrının kollektivi isə bu il mayın 9-10-da Bakıda Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində çıxış etmişdi.
Moskvaya qastrol səfərindən sonra Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Litvanın Vilnüs şəhərinə yola düşəcək. Yaradıcı heyət oktyabrın 1-2-də Litva Rus Dram Teatrının səhnəsində sözügedən tamaşaları nümayiş etdirəcək. Teatrın qastrolları Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB