“Arşın Mal Alan” musiqili komediyasının 100 illiyi qeyd olundu

“Arşın Mal Alan” musiqili komediyasının 100 illiyi qeyd olundu

Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları klubunda Üzeyir Hacibəyovun "Arşın Mal Alan" musiqili komediyasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Niyazinin mənzil muzeyinin elmi işçisi Xanım Abdinova, Klassik Musiqi Həvəskarları klubunun üzvləri, KİV nümayəndələri və başqaları iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova "Arşın Mal Alan" musiqili komediyası, müxtəlif illərdə və ölkələrdə çəkilmiş "Arşın Mal Alan" kinofilmləri haqqında, Niyazinin bu filmlərdə ən uğurlu variantındakı musiqi tərtibatı haqqında məlumat verib.

Qeyd edək ki, tədbirin sonunda "Arşın Mal Alan" filmindən fraqmentlər və slayd-şou nümayiş olunub.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə