Bu ilin oktyabrında 50-ci dəfə keçiriləcək Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalının münsif heyətinə məşhur aktrisa başçılıq edəcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Antalya Böyükşəhər Bələdiyyəsi açıqlama yayıb.
Məlumata görə, bu ilin oktyabrın 4-dən 11-dək davam edəcək festivalda münsif heyətinə türk kinosunun "Sultan"ı Türkan Şoray başçılıq edəcək. Bələdiyyədən verilən xəbərə görə, aktrisanın münsiflər heyətinə başçılıq etməsi heç də təsadüfi deyil. Belə ki, Qızıl Portağalın 1964-cü ildə həyata keçirilən ilk festivalında "Acı Həyat" filmi ilə "Ən yaxşı qadın oyunçu" seçilən Türkan Şorayın qadın oyunçu nominasiyasında 4 mükafatı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB